Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya Bakıdadır

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiya Bakıdadır

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın üzvləri Bakıya qayıdıblar. \"Silk Way\" aviaşirkətindən SİA-ya bildirilib ki, bu gün saat 16.00-da qəzanı araşdıran komissiyanın sədri İlham Əmirov indiyədək Kabildə görülmüş işlərin yekunu barədə geniş mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, "Silk Way" şirkətinə məxsus "İl-76" təyyarəsi iyulun 6-da Əfqanıstanın Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən qəzaya uğrayıb.

Eyni zamanda Əfqanıstan hökuməti və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) Azərbaycan tərəfinin verdiyi notalara hələlik cavab verilməyib. Həmin notalarda Azərbaycan tərəfi cəsədlərin çıxarılmasına yardım göstərilməsini və "qara qutu"nun baxışında iştirakın təmin olunmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə