Gəncənin tikinti bazarı yanıb - FOTO

Gəncənin tikinti bazarı yanıb - FOTO

Bu gün saat 10 radələrində Gəncə şəhəri "Aqrotexnika" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus tikinti materialları bazarında yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı alov 600 kv.m ərazinin 400 kv.m-ni əhatə edib. 5 yanğınsöndürən maşın əraziyə cəlb olunub. Ümumilikdə 4 mağaza yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsini Qərargah rəisi Təvəkkül Verdiyev SİA-ya bildirib ki, yanğına səbəb təhlükəsizlik tədbirlərinin olmamasıdır. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə