Bakıda avtomobil qaçıran dəstə saxlanılıb

Bakıda avtomobil qaçıran dəstə saxlanılıb

İyulun 16-na keçən gecə M.Fətəliyev küçəsində yaşayanlar Vasif Məmmədova məxsus "VAZ-2106" və Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomobilləri evlərinin qarşısından qaçıranlar Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Murad Quliyev, Kamran Əhmədov, Çingiz Ağazadə və Rəşad Cəlilov iyulun 17-də Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulublar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Quliyev və R.Cəlilov iyulun 7-nə keçən gecə Bakıxanov qəsəbəsi Sülh küçəsində yaşayan Hatəm Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomaşını da yaşadığı evin qarşısından qaçırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə