Bakıda tüfeyli həyat tərzi keçirən şəxs qətlə yetirilib

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs qətlə yetirilib

İyulun 14-də A.Mustafayev küçəsi 17-in qarşısından tüfeyli həyat tərzi keçirən Əjdər Mirzəyev döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə daxil olmuş və iyunun 15-də orada ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, tüfeyli həyat tərzi keçirən Maarif Abdullayev DİN Çevik Polis Alayının və Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə