Göygöl rayonunda 1 nəfərin ölümü 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. Beyləqan rayon sakini Abdulxan Abdullayev idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə Bəsti Atayevanın idarə etdiyi "Mersedez Benz" markalı avtomaşın toqquşub.
Göygöl rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə zamanı "VAZ 21 07" markalı avtomobilin sürücüsü yerindəcə keçinib. Maşında olan digər sərnişinlər Mürsəl Mehrəliyev, Diltus Rüstəmov Bəsti Atayeva və onun sərnişini Səkinəbanı Atayeva rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB