Yaponiyanın Hönsü adasında zəlzələ baş verib

Yaponiyanın Hönsü adasında zəlzələ baş verib

Yaponiyanın Hönsü adasında bir-birinin ardınca 3 zəlzələ baş verib. SİA-nın məlumatına görə, zəlzələnin episentri Miyaqinin Sakit okean sahillərində, 30 kilometr dərinlikdə qeydə alınıb. Yaponiya Milli Metrologiya İdarəsinin səlahiyyətliləri bildirib ki, Yaponiyanın əsas adasının şimal-şərqində baş vemiş son zəlzələ 4,4 bal gücündə olub. Ən güclü zəlzələ isə martda böyük ziyan görən Miyaqi, İvati və Fukusimada baş verib. Qeyd edək ki, bu, Hönsü adasının Sakit okean sahillərində baş vermiş və 4 baldan artıq gücə malik üçüncü zəlzələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə