Şirvanda qaraj yanıb - HADİSƏ

Bu gün axşam saatlarında, təxminən 19:30 radələrində Şırvan şəhəri T.İsmayılov küçəsində yerləşən yaşayış binasının qarşısında maşın qarajında şiddətli yanğın baş verib.

SİA-nın Aran bürosunun məlumatına görə, əraziyə Şırvan şəhər FHN-nin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısı qısa müddətdə alındığı üçün qaraja bitişik olan ərzaq mağazasına keçməyib. Xoşbəxtlikdən qarajda avtomabil olmayıb. Hadisə zamanı xəsarət alan da olmayıb.

Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.


İqbal Mikayılov, SİA-nın Aran bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə