Aprelin 2-də keçirilən icazəsiz aksiya ilə bağlı bir qrup şəxsin işi məhkəməyə göndərilib
İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar bir qrup şəxslə bağlı cinayət işinin materialları məhkəməyə göndərilib. Baş prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.
Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 şəxs cinayət məsuliyyətinə cəlb ediliblər. Qanunsuz aksiyanın keçirilməsinin təşkilində iştirak etmiş və cinayətdə fəallığı ilə seçilən digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB