Nigeriya su altında qalıb

Aramsız yağan leysan xarakterli yağışlar Nigeriyanın şimalında subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kano şəhərinin bir hissəsi su altında qalıb. Həmin ərazidə təxminən 150 nəfərin yaşadığı qeyd edilir.

Nəticədə 6 nəfər ölüb, 27 yaşayış evi tamamilə dağılıb. İtkin düşənlər barədə məlumat verilmir. Hazırda təhlükəli ərazilərdən insanların təxliyyəsi həyata keçirilir. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Xatırladaq ki, 2010-cu ildə Nigeriyada subasma nəticəsində 500 min insana ziyan dəymişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə