Mənzilləri qarət edən keçmiş məhkum həbs olunub

Mənzilləri qarət edən keçmiş məhkum həbs olunub

İyunun 18-dən 22-dək olan müddətdə Bakı şəhər sakini Mehman İbrahimova məxsus Şərifli küçəsində pəncərədən keçmə yolu ilə 8 ədəd elektrik avadanlıqları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Rzayev oğurluqda şübhəli bilinərək saxlanılıb. Məlum olub ki, o, iyunun 17-nə keçən gecə Nəsimi küçəsində yaşayan Soltanbəy Məmmədovun mənzilinə eyvandan keçərək 2 ədəd televizor, 1 ədəd DVD və 1 ədəd kompyuter oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə