İyunun 19-u saat 13 radələrində Binəqədi qəsəbəsi Mərkəz küçəsində qəsəbə sakini Firdovsi Quliyev Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən "İveko-Otoyol" avtobusun arasında qalaraq xəsarət alıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib .
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 19-u saat 18 radələrində Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində Bakı şəhər sakinləri Fərid Xəlilzadənin idarə etdiyi "Mercedes" markalı avtomobillə Hüseyn Yusifovu vurub və aldığı xəsarətlərdən KTM-da ölüb.
Daha bir yol qəzası iyunun 18-i saat 09:45 radələrində Maştağa-Zabrat yolunda baş verib. Bakı şəhər sakini Qalib Quliyevin idarə etdiyi "Tofaş" markalı avtomobillə Mingəçevir şəhər sakini Tural Mikayılovun idarə etdiyi "Lada-21214" markalı avtomobillər toqquşub. Nəticədə "Tofaş" markalı avtomobilin sərnişinləri Pərviz Quliyev ölmüş, Adil Nurməmmədov, Baladadaş Hüseynov və hər iki sürücü xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB