Gürcüstanın paytaxtı Tbilisidə bağırsaq infeksiyasından qadın ölüb. "SİA "Qruziya-online" agentliyinə istinadla xəbər verir ki, infeksiyaya yoluxmuş 32 yaşlı qadın Londona səfərdən sonra xəstələnib. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Nata Avaliani qadının "Escherіchіa colі" bağırsaq virusundan öldüyünü bildirib: "Gürcüstanda əvvəllər də, xüsusilə yayda bağırsaq infeksiyası xəstəlikləri qeydə alınmışdı. Biz əhalini gigiyena qaydalarına əməl etməyə çağırırıq".
Qeyd edək ki, enterohemorragik bağırsaq çöpü cari ilin may ayının əvvəlindən Almaniyada 21, İsveçdə isə 1 nəfərin ölümünə səbəb olub. Qeyd edilən müddət ərazində, ümumilikdə, 13 ölkədə - Almaniya, İspaniya, İsveç, ABŞ, Çexiya, Danimarka, Niderland, Norveç, Böyük Britaniya, İsveçrə, Polşa, Avstriya, Fransada 2153 nəfər bakteriyaya yoluxub. Xəstələnən şəxslərdə bakteriyaya yoluxma simptomlarının onların Almaniyaya səfərindən qısa müddət sonra aşkarlandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB