Güclü dolu Göygöl rayonuna ciddi ziyan vurub - FOTO

Güclü dolu Göygöl rayonuna ciddi ziyan vurub - FOTO

Dünən axşam saatlarından etibarən Göygöl rayonuna güclü dolu yağıb. Düşən dolunun həcmi təxminən 4 santimetr olub. Yarım saat ərində təbii fəlakət nəticəsində rayonun həyatı iflic vəziyyətinə düşüb. Dolu kənd təsərrüfatına xüsusi ilə taxılçılığa ciddi ziyan vurub. Ayrıca mənzillərin əksəriyyətinin dam örtükləri sıradan çıxıb. Əhalinin sözlərinə görə son illərdə bu cür ağır təbiət hadisəsi qeydə alınmayıb. Dolu avtomobilləri də sıradan çıxarıb. Yağıntı zamanı yolda olan bütün avtomobillərin şüşələri sınıb, maşınların idarə edilməsi mümkünsüz hala düşüb. Ən ağır vəziyyət isə Göygöl-Daşkəsən avtomobil yolunda qeydə alınıb. Danayeri və Quşqara çaylarının daşması qeyd olunan avtomobil yolunu sel sularına qərq edib. Çayın məcrasından sıxması nəticəsində daş və ağac parçaları axar su hissələrini basıb. Nəticə etibarı ilə yol bir saatdan artıq bağlı qalıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə