Mobil telefon oğrusu yaxalanıb

Mayın 20-i saat 18 radələrində Z.Bünyadov prospektində naməlum şəxs Bakı şəhər sakini Ceyhun Mehdiyevin mobil telefonunu əlindən alıb qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini Ülvi Məmmədov iyunun 7-də yaxalanıb.

Müəyyən olunub ki, Ü.Məmmədov eyni üsulla mayın 26-da Ə.Naxçıvani küçəsində İmran Şahhüseynovun, mayın 31-də həmin küçədə yerləşən İnternet klubda Bayram Bayramovun və iyunun 3-də İ.Dadaşov küçəsində Emin Yusifovun mobil telefonlarını əlindən alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə