ABŞ-ın şimal-qərbində yerləşən Massaçusets ştatında fövqəladə vəziyyət elan olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə həmin ərazidə cari ilin 1 iyun tarixində baş vermiş tornado hadisəsi səbəb olub. Nəticədə, 4 nəfər ölüb, xeyli sayda insan yaralanıb. İtkin düşənlər var.
Ştatın böyük hissəsində dağıntılar baş verib, elektrik xətləri zədələnib, enerji təminatında isə fasilələr yaranıb. Mövcud vəziyyətlə əlaqədar müvafiq işlər görülür. İtkin düşmüş şəxslərin axtarışları aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB