İyunun 3-ü saat 01 radələrində Avtovağzal ərazisində Gədəbəy rayon sakini Arzuman Ələkbərov və Tərtər rayon sakini Sadiq Kərimov özlərini polis əməkdaşı kimi təqdim edərək Bakı şəhər sakinləri Cəlal Kərimlinin idarə etdiyi "VAZ-21099" markalı və Seymur Rəhimovun idarə etdiyi "Opel" markalı avtomobillərdə axtarış aparıblar.
Binəqədi Rayon Polis İdarəsi PPXB-nin əməkdaşları tərəfindən həmin şəxslər yaxalanaraq ərazi üzrə 40-cı PB-yə təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB