Böyük Britaniyanın Pembruk şəhərində yerləşən neft emalı zavodunda yanğınla davam edən partlayış baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın "Chevron" şirkətinə məxsus zavodun ərazisində qeydə alınmış hadisə 4 nəfərin ölümünə səbəb olub. Xəsarət alanlar var. Dərhal əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olub.
Qəza nəticəsində neft rezervuarlarından birinin tamamilə yararsız hala düşdüyü, digərinin isə zədələndiyi bildirilir. Ətraf mühit üçün təhlükənin olmadığı qeyd edilir. Partlayışın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB