Naxçıvan Muxtar Respublikasında (MR) minik avtomobili yanıb. SİA-nın məlumatına görə, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bəbək rayonu Badaşkan kəndində "Toyota" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB