Sumqayıtda 58 yaşlı qadın toyda ölüb. SİA xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə