Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə olan "X-inova T210" markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə