Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. SİA məlumat verir ki, hadisə 9-cu mikrorayonunda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb.

Nəticədə F. İsmayılov hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə