Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. SİA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə