İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini, 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı, 1988-ci il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə