Lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağdaş rayonunda lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

"Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub", - məlumatda vurğulanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə