Qızıl mağazasından oğurluq olub...

İtaliya mətbuatında yer alan xəbərlərə görə, ötən gecə Romanın mərkəzindəki dəbdəbəli zinət əşyaları, aksessuarlar və saatlar satan məşhur brendin mağazasında böyük oğurluq hadisəsi olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, oğrular mağazaya anbar bölməsindən daxil olublar. Anbar bölməsinin döşəməsindəki kanalizasiya şəbəkəsinə qoşulmuş boşluqdan mağazaya daxil olan oğrular ümumilikdə 500 min avro dəyərində olan qızıl-zinət əşyaları, aksessuarlar və saatlar götürərək qaçıblar.

Gecə yarısı işə düşən siqnalizasiya sistemi sayəsində hadisə yerinə polis əməkdaşları gəlib. Oğruların tapılması üçün əməliyyat planı hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə