Şəhid Rövşən Əliyevlə vida mərasimi keçirilir

Şəhid Rövşən Əliyevlə vida mərasimi keçirilir

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevin meyitinin qalıqları Xırdalan şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə