Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin mətbəxində əşyalar qismən yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB