Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) may ayı ərzində işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, ötən ay işğaldan azad olunan ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB