Lənkəranda dənizdə boğulma təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb
Lənkəranda dənizdə boğulma hadisəsi baş verib. SİA xəbər verir ki, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs ətrafdakıların köməyi ilə sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır və şəxsin kimliyi dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB