Tovuzda minik maşını Kürdə batıb, ölənlər var

Tovuzda minik maşını Kürdə batıb, ölənlər var

Tovuzda bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, hadisə Hunalılar kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.

Hazırda onların axtarışları davam etdirilir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə