Şəkidə mikroavtobusla minik avtomobili toqquşub - xəsarət alanlar var

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub - xəsarət alanlar var

Şəkidə yol qəzası olub. SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə