Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı rayonun Qərvənd kəndində məişət tullantılarının qalaqlanması halı aşkarlanıb və həmin ərazinin təmizlənilməsi təmin olunub. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 14 nəfər barəsində protokol tərtib edilib.
Həmçinin, görülən tədbirlər zamanı vətəndaşlardan iki ədəd ov silahı götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB