Bu gün günorta saat 13:15 radələrində Naxçıvan şəhərinin Həzi Aslanov küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb. SİA xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir.
Borunun partlaması nəticəsində şəhərin H.Aslanov küçəsi döngə 2, 3, 4, 5-də suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Su-kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB