Moskvanın qərbində qadın öldürülüb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cinayətdə mərhumun qızı şübhəli bilinib.

Moskva Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, şənbə günü, mayın 25-də Kastanaevskaya küçəsində yerləşən yaşayış binasındakı mənzildə moskvalı qadının meyiti tapılıb.

Müəyyən edilib ki, qadın anası ilə münaqişə zamanı ona ən azı bir bıçaq xəsarəti yetirib.

Zərərçəkən hadisə yerində ölüb.

Anasına hücumdan sonra şübhəli şəxs özü hüquq-mühafizə orqanlarına müraciət edib.

Bunu Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti qeyd edib.

Müstəntiqlər hadisə yerinə baxış keçirib və qətl silahı kimi bıçağı götürüblər.

Hadisə ilə bağlı qətl maddəsi üzrə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə