Sankt-Peterburqda atasının törətdiyi bədbəxt hadisə nəticəsində məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
SİA xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəza ötən cümə günü, mayın 10-da saat 21:30-da Qrajdanski prospektindəki 130 saylı evin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə gələn polis müəyyən edib ki, 38 yaşlı Sankt-Peterburq sakini idarə etdiyi “Toyota Camry” markalı avtomobillə idarəetməni itirib, dayanmış iki avtomobilə, daha sonra isə orta refüje çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində hadisəni törədən şəxs və onun 11 yaşlı oğlu xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Hadisənin araşdırılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları məlum olub ki, Toyota sürücüsü düz bir il əvvəl nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə filan qədər cərimə ödəyib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb, cinayət işinin başlanması məsələsi həll edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB