Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

Metronun "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metronun normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub. Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib.

Sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib və zədə aldığı məlum olub. Təcili yardım heyəti ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb.

Qatarlararası interval pozuntusuna yol verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə