Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq ölüb - YENİLƏNİB

Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq ölüb - YENİLƏNİB

Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur. SİA-nın məlumatına görə, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə