Mənzildə bağlı qapı arxasında köməksiz qalan uşaqlar xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB