Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçinin 220 ədəd metadon və fenazepam həbləri aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə