İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır. DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov SİA-ya bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB