Turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Gürcüstanın İmereti bölgəsinin Xoni rayonu ərazisində xarici turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə 10 turist xəsarət alıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Litva vətəndaşlarıdır.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə