Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbirlər zamanı Nadirkənd kəndində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB