3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb - FOTO

Polis əməkdaşaları paytaxtın Yasamal rayonu ərazisində 3 200 manatlıq rabitə kabeli oğurlayan şəxsləri saxlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə