SON DƏQİQƏ!!! - Bakıda 7 nömrəli məktəbin qarşısında ağır qəza - Yaralı var - YENİLƏNİR

SON DƏQİQƏ!!! - Bakıda 7 nömrəli məktəbin qarşısında ağır qəza - Yaralı var - YENİLƏNİR

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 7 nömrəli tam orta məktəbin qarşısında piyadanın ağır bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə şahidləri bildiriblər ki, hadisənin törədilməsinə səbəb həmin ərazidə olan “parkovşik”in KİA markalı avtomobili səhvən geriyə sürməsi nəticəsində baş verib. Nəticədə gənc xanım Əsgərova Aynur Zahid qızı ağır bədən xəsarətləri alıb.

Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və TƏBİB-in əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Müəllif: Qönçə Quliyeva, Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə