Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib. Həmin şəxsdən ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə