Mağazadan 4500 manatlıq telefon oğurlanıb

Mağazadan 4500 manatlıq telefon oğurlanıb

Bakıda mağazadan 4500 manatlıq telefon oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə