Qanunsuz silah saxlama və daşıma ilə bağlı 262 nəfər tutulub

Qanunsuz silah saxlama və daşıma ilə bağlı 262 nəfər tutulub

2023-cü ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib. SİA xəbər verir, bu barədə Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında məlumat verlib.

Verilən məlumata görə, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə