Yardımlıda dərədə silah-sursat aşkarlanıb. Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB