Ağdaşda yol qəzasında 2 nəfər ölüb

Ağdaşda yol qəzasında 2 nəfər ölüb

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə