Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb.
Belə ki, Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daewoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub. Qəza nəticəsində Q.Muradova almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB